Bu ilin yanvar-may aylarında Gürcüstan 25,5 min ton neft bitumu idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

İllik müqayisədə neft məhsulunun həcmində 18,6 min ton və yaxud 42,2% azalma qeydə alınıb.

Hesabat dövründə qonşu ölkənin əsas neft bitumu tədarükçüsü Azərbaycan olub. Azərbaycandan Gürcüstana 13,7 min ton neft bitumu ixrac olunub ki, bu da qonşu ölkənin ümumi idxalının 53,7%-ni təşkil edib.

İlk üçlükdə daha sonra 7,2 min tonla İran və 2,9 min tonla İraq yer alıb.