Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 21 475,4 ton azot gübrəsi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkədən aldığı gübrənin ümumi dəyəri 4 mln. 112,3min dollara bərabər olub.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan aldığı azot gübrəsinin həcmi 17 532 ton və ya 5,4 dəfə artıb.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 735, 8 min dollar dəyərində 3 943,4 ton gübrə idxal edib.