Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yollarının nümayəndələri Orta Dəhlizlə yüklərin daşınması üçün birgə şirkətin yaradılması haqqında saziş imzalayıblar.

İqtisadiyyat.az xəbər verir ki, imzalanma mərasimi Gürcüstanın İqtisadiyyat Nazirliyi tərəfindən yayımlanıb.

Məlumata görə, vahid dəmir yolu sistemi şirkəti Orta Dəhliz üzrə yüklərin multimodal daşınmasını asanlaşdıracaq, bir pəncərə vasitəsilə sürətli və şəffaf xidmət göstərəcək. Sənədi "Gürcüstan Dəmir Yolu"nun rəhbəri David Peradze, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev imzalayıb.

"Şirkət Çindən gələn yüklərə xidmət göstərəcək. Bu, artıq Orta Dəhlizdə səmərəliliyin və koordinasiyanın artırılması baxımından konkret nəticədir”< - deyə Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bildirib.

 

Gözəl Həşimova