“Mərkəzi Bankın nəzarətində istənilən Fintex şirkəti müraciət edərək istənilən innovativ məhsulu test edə biləcək”. 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov deyib.

Onun sözlərinə görə, Azərbaycan bazarı Türkiyə fintexlərinə postsovet ölkələri bazarlarına çıxışı təmin etməyi hədəfləyir:

“Azərbaycan Fintex Assosiasiyasının əsas məqsədlərindən biri ölkədə olan fitnex sisteminin inkişafı və bu sahədə digər ölkələrin ən yaxşı təcrübələrini mənimsəməkdən ibarətdir. Bu fonda Azərbaycan fintexləri üçün Türkiyə bazarı xüsusi əhəmiyyət kəsb edir. Türkiyə bazarının təcrübəsindən istifadə edərək fitnex şirkətlərini Azərbaycana gətirməklə, burada hansı imkanlara sahib olduqlarını göstərmək istəyirik. Eyni zamanda Türkiyənin fitnex şirkətləri ilə əməkdaşlıq etmək niyyətindəyik. Gələcəkdə başqa ölkələrlə də bu istiqamət üzrə forumlar keçirməyi planlaşdırırıq”.

Gülşən Şərif