"Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi nəqliyyat kommunikasiyalarının açılmasına dair danışıqlara mənfi təsir göstərir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

"Transqafqazda nəqliyyat əlaqələrinin açılmasına dair Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir", - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova