Bu ilin yanvar ayında Azərbaycan 1,792 milyon ABŞ dolları dəyərində 2 966 ton düyü idxal edib.

Fins.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 1,711 milyon dollar (48,9%) və 1 612 ton (35,2%) azdır. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,25%-ni təşkil edib.