Azərbaycana bu ilin yanvar-iyul aylarında 164,6 milyon ABŞ dolları dəyərində 578 min ton buğda idxal edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 100 milyon dollar, həcmi isə 34,4% artıb.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,72%-nə bərabər olub.


Gözəl Həşimova