"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Moldovanın paytaxtı Kişinyov şəhərinə həyata keçirəcəyi reyslərə bilet satışına başlayıb.

İqtisadiyyat.az AZAL-a istinadən xəbər verir ki, uçuşlar sentyabrın 15-dən başlayaraq həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Biletləri www.azal.az sayı, aviaşirkətin mobil əlavəsi və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.