"Əminliklə bildirmək istərdim ki, yaxın gələcəkdə işğaldan azad olunmuş bütün ərazilərimizdə məhkəmə-hüquq institutları fəaliyyət göstərəcəkdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

"Biz, hüquq və digər sahələrdə çalışanlar öz növbəmizdə səlahiyyətlərimiz çərçivəsində dövlətin Əsas Qanununun aliliyinin təmin edilməsi, qanunçuluğun qorunması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi fəaliyyətə ötən 20 ildə olduğu kimi, dəstək olaraq, üzərimizə düşən məsuliyyətli vəzifələri müstəqil Azərbaycan naminə bundan sonra da layiqincə yerinə yetirməyə səy göstərəcəyik", - o əlavə edib.