"Bu, sırf təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə Paşinyanın tviterdə yazdığı "İndiki vəziyyətə göz yuma bilmərik. Qarabağa göndərilən 360 ton yük tamamilə humanitar məqsədlidir"-statusuna cavab olaraq yazıb.

"Azərbaycanın razılığı olmadan “humanitar yardım” adı altında Azərbaycanın suveren ərazilərinə avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir"-deyə Hacızadə qeyd edib.