Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"Baic” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində 2 nəfər avtomobildə sıxılaraq qalıb.

 

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub.

Qurum əməkdaşları tərəfindən vətəndaşlar avtomobildən çıxarılıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.