Avstraliya Ehtiyat Bankı faiz dərəcəsini dəyişməyərək 4.10 səviyyəsində saxlayıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Avstraliya Ehtiyat Bankı (RBA) artıq iki ay ərzində faiz dərəcələrini sabit saxlamağa qərar verib. 

Halbuki iqtisadçılar faiz dərəcələrinin 25 bənd artacağını proqnozlaşdırmışdılar. 

Qeyd edək ki, Avstraliyanın mərkəzi bankı ötən ilin may ayından etibarən faiz dərəcələrini ümumilikdə 400 baza bəndi artıraraq, son 11 ilin ən yüksək səviyyəsinə çatdırıb. COVİD-19 epidemiyasından sonra iqtisadi fəaliyyət bərpa olunduğu üçün ölkə artan inflyasiya ilə mübarizə aparır.

Gülşən Şərif

İqtisadiyyat.az