Avrozonada işsizlik səviyyəsi sentyabr ayında 6,5%-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Məlumatlara görə, avqustda Avrozonada işsizlik nisbəti 6,4% təşkil edib.

Hesabat dövründə işsizlik nisbəti İspaniyada 12%, Yunanıstanda 10%, İsveçdə 7,8%, İtaliya və Estoniyada 7,4%, Fransa və Finlandiyada isə 7,3% təşkil edib. Sentyabrda 25 yaşa qədər işsiz gənclərin sayı Avropa İttifaqında 2 milyon 741 min, Avrozonada isə 2 milyon 232 min olaraq müəyyən edilib.

 

Gözəl Həşimova