Avrozonada ötən ay illik inflyasiya 2,6%-dən 2,4%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Avrozonada aylıq inflyasiya isə 0,9% səviyyəsində qeydə alınıb.

Mart ayında inflyasiya Almaniyada 2,3%, Fransada 2,4%, İtaliyada 1,3%, İspaniyada isə 3,2% olaraq təyin olunub.