Avropa İttifaqının ümumi qaz ehtiyatları 96%-i ötüb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, oktyabrın sonunda Avropanın yeraltı qaz anbarlarının doldurulması rekord səviyyəyə çata bilər.

Hesabat dövründə regionun mayeləşdirilmiş təbii qaz (LNG) idxalı isə son 2 ilin minimumuna enib. Eyni zamanda, Avropa birjasında qazın 1000 kubmetri təxminən 400 dollara satılır.

Xatırladaq ki, Azərbaycan bu ilin yanvar-avqust aylarında 17 milyard 391 milyon kubmetr həcmində təbii qaz ixrac edib. Ölkə bu dövrdə Avropaya 7.6 milyard kubmetr qaz ixrac edib.

 

Gözəl Həşimova