Qroningend Avropanın ən böyük qaz yatağında hasilat dayandırılıb.

Bu barədə İqtisadiyyat.az "De Telegraaf" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yataqda hasilat istismara başlandıqdan 60 il sonra problemlər səbəbindən dayandırılıb. Bildirilib ki, qış çox soyuq keçərsə və ya başqa gözlənilməz hallar yaranarsa, hasilat bərpa ediləcək.

Bu səbəbdən hökumət 2024-cü il oktyabrın 1-dək qaz quyularının tam sökülməməsinə qərar verib.

 

Gözəl Həşimova