Yunanıstanın Aleksandrupolis və Evros bölgəsində avqustun 19-dan bəri davam edən yanğınlar 2000-ci ildən bəri Avropa İttifaqında qeydə alınan ən böyük yanğınlardır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumata görə, təkcə Aleksandrupolis bölgəsində baş verən yanğınlarda təxminən 10 gün ərzində 81 min hektar ərazi külə dönüb. Ölkədə yanğınlarla mübarizə üçün 11 yanğınsöndürən təyyarə və 1 helikopter göndərilib.

 

Gözəl Həşimova