Avropada təbii qazın birja qiyməti 1,9 % aşağı düşüb.

İqtisadiyyat.az xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın avqust fyuçerslərinin qiyməti günə 306,1 ABŞ dolları ilə (+0,1 %) başlasa da, sonradan 300 ABŞ dollarına (-1,9 %) qədər azalıb.

Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün - 305,7 ABŞ dolları) əsasən hesablanır.