2023-cü ildə həftənin ilk iş günündə Avropada qazın qiyməti min kubmetr üçün 800 dollardan aşağı olub.

İqtisadiyyat.az-ın məlumatına görə, bunu “ICE London” Fond Birjasının məlumatları sübut edir.

TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri hər min kubmetr üçün 777,3 ABŞ dolları (-8%) səviyyəsində ticarət edilib. Daha sonra onların dəyəri 790,5 dollar (-6,4%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün, ötən həftənin cümə gününün hesablaşma qiymətinə (min kubmetr üçün 844,3 ABŞ dollar) əsaslanır.

Xatırladaq ki, dekabrın 30-da kotirovkalar son 10 ayda ilk dəfə olaraq min kubmetr üçün 800 dollardan aşağı düşmüşdü.