Rusiya qazının Avropa qitəsinə tədarükünün azalmağa davam edəcəyi və enerji böhranının hələ bitmədiyi barədə xəbərdarlıqlardan sonra Avropada qazın qiyməti qalxıb.

İqtisadiyyat.az xəbər verir ki, Hollandiyada yerləşən virtual təbii qaz ticarət nöqtəsi TTF-də qazın meqavat-saat qiyməti gün ərzində yüzdə 23,7 artaraq sentyabr fyuçers müqavilələri üçün 38,4 avroya çatıb.

Oktyabr fyuçers müqavilələri üzrə qazın bir meqavatsaat qiyməti 41,5 avroya yüksəlib.

Bu artımdan sonra qiymətlər son 5 həftənin ən yüksək səviyyəsini görüb. İyunun 30-da 38,4 avro olan qiymətlər iyulun 3-də 35,2 avroya düşmüşdü.

Xəbərdarlıq edilib ki, Avropanın təbii qaz təchizatında Rusiya qazının azalmağa davam edəcəyini təqdirdə enerji böhranı bitməyəcək.

Avropada Rusiya təbii qazı əvəzinə daha bahalı mayeləşdirilmiş təbii qazın (LNG) istifadə edildiyini xatırladılıb və bu vəziyyətin Avropadakı qaz qiymətlərini Asiyadakı qiymət səviyyəsinə qaldırdığını bildirib.

Digər tərəfdən, Gas Infrastructure Europe məlumatları göstərib ki, Avropada qaz anbarlarının doluluq dərəcələri avqustun 6-da 87,7 faizə yüksəlib və bu dərəcələr noyabrın 1-də 90 faiz doluluq planındakı hədəfləri üstələyib.