Avropa 2040-cı ilə qədər 2 trilyon avroluq sərmayə ilə enerji sektorunda özünü təmin edəcək.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, Avropa ölkələri 2030-cu ilə qədər günəş və külək enerjisinə, eləcə də digər bərpa olunan mənbələrə hər il 140 milyard avro sərmayə qoymalıdırlar. Bildirilib ki, bununla da region qalıq yanacaqlardan istifadəni dayandıra bilər.

Araşdırmada qeyd olunur ki, əsas səylər külək enerjisinin inkişafına yönəldilməlidir. Bununla belə, günəş, hidrogen və geotermal kimi digər bərpa olunan mənbələr 2030-cu ilə qədər Avropanın elektrik enerjisinə ehtiyacını ödəmək üçün strategiyanın əlavə elementləri olacaq.

 

Gözəl Həşimova