Avropa Mərkəzi Bankının sədri Christine Lagarde Bitcoin-in qiymətinin bir ildə təxminən 75 faiz ucuzlaşdığını xatırladaraq, “Kriptovalyuta ekosistemi ilə ənənəvi maliyyə sistemi arasında artan əlaqə səbəbindən sistem riski asanlıqla yarana bilər”.


İqtisadiyyat.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Frankfurtda keçirilən 6-cı Avropa Sistemli Risk Komitəsində çıxışında Avropanın maliyyə sabitliyinə yönəlik risklərlə bağlı qiymətləndirmələr edib.

Covid-19 epidemiyası, Rusiya-Ukrayna müharibəsi, enerji böhranı kimi bir sıra güclü sarsıntıların bir-birinin ardınca qlobal iqtisadiyyatı vurduğunu izah edən Laqard, bu qeyri-sabit mühitin Avropada maliyyə sabitliyi üçün böyük risklər yaratdığını bildirib.

Bu risklərin zəifləyən iqtisadi görünüşün daha da ağırlaşdığını dilə gətirən Laqard, orta müddətli dövrdə inflyasiyanın 2 faizə qayıtmasını təmin etmək üçün pul siyasətinin düzəldildiyini də açıqlayıb.

Dayanıqlığın maliyyə sisteminin real iqtisadiyyatı dəstəkləmək məqsədinə çatmasına kömək etmək üçün “açar” olduğunu ifadə edən Laqard, “Buna görə də maliyyə sistemimizin davamlı dayanıqlığını təmin etmək və çatışmayan yerlərdə onu dəstəkləmək çox vacibdir. Makroprudensial siyasət yeni çağırışlara hazır olmalı və lazım gəldikdə dəyişikliklərə uyğunlaşmalıdır”, - deyə şərhini verib.