Avropa Komissiyasının keçmiş prezidenti, fransız siyasətçi və dövlət xadimi Jak Delor 98 yaşında vəfat edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Agence France-Presse"ə siyasətçinin qızı, Lill şəhərinin meri Martin Obri məlumat verib.

"O, bu səhər Parisdəki evində yuxuda öldü", - Obri bildirib.

Fransa prezidenti Emmanuel Makron da siyasətçinin ölümündən təəssüfləndiyini bildirib. O, "X" səhifəsində yazıb: "Onun idealları və düzgünlüyü bizi həmişə ruhlandıracaq. Mən onun işinə heyranam və yaxınlarının ağrısını bölüşürəm".