Avropa İttifaqı (Aİ) əhali arasında depressiv vəziyyətə görə hər il 600 milyard avro itirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Interia Business" portalı məlumat yayıb.

Məlumata görə, Ukrayna müharibəsi və COVID-19 pandemiyası nəticəsində sakinlərin arasında artan depressiv vəziyyət icma əsaslı iqtisadiyyata 600 milyard avroya başa gəlir. Bu da onun ümumi daxili məhsulunun (ÜDM) 4,2%-ni təşkil edir.

Bildirilib ki, Aİ-nin 27 ölkəsində və Böyük Britaniyada psixi sağlamlıq problemlərinə görə ümumi xərclər 600 milyard avrodan artıqdır. Bu xərclərin üçdə birindən çoxu məşğulluq və məhsuldarlığın azalması ilə bağlıdır.

Qeyd olunub ki, psixi xəstəlik, təkcə Aİ iqtisadiyyatı üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün problemə çevrilib.

 

Gözəl Həşimova