Astronomlar “Hubble” Kosmik Teleskopu ilə "GJ 9827d" planetində su molekullarını kəşf ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı NASA məlumat yayıb.

Belə ki, kiçik və isti planet Yerdən 97 işıq ili uzaqlıqda yerləşir və diametri yaşadığımız planetdən təxminən iki dəfə böyükdür.

Atmosferində su buxarı olduğu müəyyən edilən "GJ 9827d" ən kiçik ekzoplanet olaraq qeydə alınıb.