Astara rayonunun çay plantasiyalarında mayın əvvəlindən başlanan birinci çay yığımı başa çatıb.

Bu il havaların yağmurlu keçməsi məhsuldarlığa da müsbət təsirini göstərib. Çay plantasiyalarında bol məhsul var.

Çay yığımının birinci mərhələsində Astarada 197 ton 263 kiloqram yaşıl çay yarpağı yığılıb. Ən çox məhsul qəbul edən fabrik 2 nömrəli çay fabriki olub. Birinci yığımda fabrikə 114 ton 737 kiloqram yaşıl çay yarpağı təhvil verilib.

Rayondakı 1 nömrəli çay fabrikinə 35 ton 625 kiloqram, “Astaraçay” MMC-nin çay fabrikinə isə 25 ton 449 kiloqram yaşıl çay yarpağı göndərilib.

Qeyd edək ki, ötən il Astara rayonunda 187 hektar çay sahəsindən 530,2 ton yaşıl çay yarpağı yığılıb. Bu il bu rəqəmin 600 tona çatdırılması nəzərdə tutulub.(azərtac)