Astarada atasını öldürərək qaçan şəxs tutuldu.

Astarada bu gün atasını öldürərək qaçan 1977-ci il təvəllüdlü Rəşad Əliyev saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

***

12:06

Avqustun 1-də saat 10 radələrində Astara  rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd  oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan İqtisadiyyat.az-a bildirilib  ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci Rəşad hadisə yerindən uzaqlaşıb. 

Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.