Apple öz qurğularında ABŞ istehsalı olan çiplərdən istifadə edəcəyini açıqlayıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə CNBC məlumat yayıb.

Amerika çiplərinin istehsalına başlandığını şirkətin rəhbəri Tim Kuk Arizonada ABŞ prezidenti Co Baydenin də iştirak etdiyi tədbirdə elan edib.

Kuk istehsal prosesinin “inanılmaz dərəcədə vacib”olduğunu açıqlayıb.

İki yarımkeçirici zavod TSMC-yə məxsus olacaq və Tayvan şirkəti onlara təxminən 40 milyard dollar sərmayə qoyacaq. Eyni zamanda, ABŞ büdcəsindən müəssisələrə qismən subsidiya veriləcək.

Qeyd edək ki, birinci zavodun 2024-cü ildə, ikincinin isə 2026-cı ildə açılması gözlənilir.

Məhəbbət Məmmədov