"BMT-nin baş katibi Antonio Quterreş İordan çayının qərb sahilinə səfər etməyə, Fələstin və İsrail rəhbərliyi ilə görüşməyə hazırdır. Bu, praktiki imkan yarandıqda baş verəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri brifinqdə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

O, jurnalistlərin sualını cavablandırarkən qeyd edib ki, səfər praktiki imkanlar olan kimi baş verəcək.