Azad edilmiş ərazilərdə daha 68 mina aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda (23-29 iyul) deyilir.

Belə ki, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Həmçinin 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.