Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) 2025-2028-ci illər üzrə Ölkə Tərəfdaşlığı Çərçivəsinə (ÖTÇ) uyğun olaraq investisiya layihələrini müzakirə edib.
İqtisadiyyat.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu gün WB-nin nümayəndə heyəti ilə görüşdük. Görüşdə qurumun Azərbaycandakı cari fəaliyyəti, yeni ÖTÇ-nin hazırlanması istiqamətində görülən işlər, onun əhatə edəcəyi strateji istiqamətlər, investisiya layihələri, o cümlədən ölkəmizin inkişaf prioritetləri və planları üzrə fikir mübadiləsi apardıq. Eyni zamanda, gələcək əməkdaşlıq perspektivlərini və həyata keçirilən texniki yardım layihələrini müzakirə etdik", - deyə o qeyd edib.
Bu gün Mərkəzi Bankda Dünya Bankının (#DB) nümayəndə heyəti ilə görüşdük.
— Taleh Kazimov (@TalehKazimov_T) January 23, 2024
Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) (2025-2028) hazırlanması istiqamətində görülən işlər, yeni ÖTÇ-nin əhatə edəcəyi strateji istiqamətlər,… pic.twitter.com/5EPQRqmirk