Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10,5 milyard ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, oktyabrın 1-i ilə müqayisədə 7,4 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 16,7 %, son 1 ildə isə 34,6 % artıb.