Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Dünya Bankı arasında prioritet layihələr müzakirə edilib.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya üçün Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkəmizdəki son iqtisadi inkişaf meyilləri və maliyyə sektorunun vəziyyəti müzakirə olunub, Dünya Bankının Azərbaycandakı fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri, qurumun ölkə üzrə yeni Tərəfdaşlıq Çərçivəsinə daxil edilməsi üçün prioritet layihələr üzrə fikir mübadiləsi aparılıb.