Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfər edib.

İqtisadiyyat.az "Ukrayinska Pravda"a istinadən xəbər verir ki, nazirin Ukraynaya bu səfəri barədə əvvəlcədən məlumat verilməyib.

“Ukrayna bizim hamımızın azadlığını böyük cəsarət və qətiyyətlə müdafiə edir. Ona görə də Ukrayna Almaniyanın köməyinə arxalana bilər. Bundan əlavə, Ukrayna hakimiyyəti ölkədə genişmiqyaslı iqtisadi və siyasi islahatların aparılması üçün səyləri gücləndirməlidir” , - deyə nazir bildirib.

 

Gözəl Həşimova