Struktur problemlərin və demoqrafik çətinliklərin iqtisadi artımı cilovladığı Almaniyada hökuməti formalaşdıran koalisiya üzvləri yüksək faiz dərəcələri kimi cari iqtisadi problemlərə qarşı 7 milyard avroluq korporativ vergi endirimi paketi üzrə konsensusa nail olub.

İqtisadiyyat.az xəbər verir ki, Almaniya Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası və Azad Demokrat Partiyasının (FDP) formalaşdırdığı koalisiya hökuməti "İqtisadi İnkişaf Fürsətləri Qanunu" adlı paketlə bağlı 4 illik razılaşma əldə edib.

Qanun ölkədə investisiya və innovasiyalar üçün stimul yaratmaq məqsədi daşıyır.

Qanun tədqiqat işləri və şirkətlər üçün vergi güzəştlərinin təmin edilməsini nəzərdə tutur. Eyni zamanda şirkətlər üçün iqlimə uyğun investisiyalar istiqamətində təşviqlər planlaşdırır. Ümumilikdə, korporativ verginin 7 milyard avro azaldılması nəzərdən keçirilir.