Almaniyada dövlət çevrilişi etməyi planlaşdıran dəstə hakimiyyətə alman aristokrat Reuss ailəsinin üzvü olan şahzadə XIII Henrini gətirməyi planlaşdırıblar.

İqtisadiyyat.az xəbər verir ki, Reuters xəbər agentliyi uğursuz çevriliş cəhdinin təfərrüatları barədə məlumat yayıb.

Agentliyin məlumatına görə, Almaniya prokurorluğu XIII Henrix ilə Rusiya arasında mövcud əlaqələri araşdırılıb.

Almaniya Daxili İşlər Nazirliyindəki agentlik mənbəsi həmçinin bildirir ki, hazırda ölkənin xüsusi xidmət orqanları sui-qəsdçilərin Rusiya ilə hər hansı mümkün əlaqəsini öyrənirlər.

Məhəbbət Məmmədov