“Almaniyada bütün ölkə üzrə 3 aydan bir həyəcan siqnalı səsləndirilir. Bununla dövlət həm siqnalın işlək olub olmadığını sınaqdan keçirir, həm də bir növ əhalinin fövqəladə hallara hazırlığını təmin etmək məqsədi daşıyır”.

Bunu bizimlə söhbətində Almaniyada yaşayan jurnalist Fərahim Qasımov bildirib.

Onun sözlərinə görə, hökumət əhaliyə evində daim ən azı 14 günlük qida ehtiyatı saxlamağı tövsiyə edir. Bütün evlərin isə zirzəmilərinin olması vacib şərtdir. Həmsöhbətimiz deyir ki, ümumiyyətlə zirzəminin varlığı və onların sığınacaq formasında hazırlanması bütün tikililər üçün tikinti standartı olaraq qəbul edilir. Həyəcan siqnalı verilməzdən öncə isə bu barədə vətəndaşların mobil telefonlarına xəbərdarlıq ismarıcı göndərilir. 

Ukraynada müharibə başlayandan və rəsmi Kremlin ritorikasındakı nüvə təhdidlərindən sonra Almaniyada həyəcan siqnalının verilmə tezliyi qısaldılıb, müddəti isə uzadılıb. Bu da ölkənin bütün mümkün təhlükələrə qarşı ehtiyatı artırmasından xəbər verir. 

F.Qasımov yaşadığı şəhərdə həyəcan siqnalının verilməsi anının videosunu çəkərək feysbuk hesabında paylaşıb: