Almaniya dağıdıcı zəlzələdən zərər çəkmiş Əfqanıstan xalqına yardım üçün 5 milyon avro ayırmağa qərar verib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyi açıqlayıb. 

"Əfqanıstandan gələn xəbərlər sarsıdıcıdır. Dəhşətli zəlzələlər nəticəsində minlərlə insan həlak olub. Biz sağ qalanları tək qoymuruq. Əfqanıstana yardım üçün Humanitar Fond vasitəsilə dərhal əlavə 5 milyon avro ayırırıq", - Almaniya Xarici İşlər Nazirliyi bildirib. 

Oktyabrın 7-də Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Əfqanıstanda 6,2 bal gücündə zəlzələnin baş verdiyini bildirib. Təbii fəlakətin episentri yarım milyona yaxın insanın yaşadığı Herat şəhərindən (eyni adlı əyalətin inzibati mərkəzi - red.) 42 km şimal-qərbdə olub Epidemiya 10 km dərinlikdə yerləşir. Minlərlə insan həlak olub.