Almaniya bu il rekord məbləğdə - 11,7 milyard avro dəyərində silah tədarükünü təsdiqləyib.

Bu barədə İqtisadiyyat.az "DPA" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu məbləğin təxminən üçdə biri Ukraynadan gəlib.

Əvvəlki rekord 2021-ci ildə Almaniyanın 9,35 milyard avro dəyərində tədarükləri təsdiqləməsi ilə baş verib. Beləliklə, indiki rekord əvvəlki ilə müqayisədə demək olar ki, 25% yüksəkdir.

Bu məbləğin 6,15 milyard avrosu silah təchizatı, 5,67 milyard avrosu isə digər müdafiə təyinatlı məhsulların tədarükündən ibarətdir.

 

Gözəl Həşimova