Bəzi hallarda yeni tikililərdən ev alındığı zaman, ödəniş edilən evin kvadratı ilə çıxarışda göstərilən ölçü eyni olmur. Bu kimi hallarda alıcı nə etməlidir?

İqtisadiyyat.az bildirir ki, bununla bağlı vəkil İsrafil Əlili danışıb. O qeyd edib ki, bu halda ev sahibi MTK-nı məhkəməyə vermək hüququna malikdir:

"Bəzən məsələn, 130 kvadrat metrlik ev üçün ödəniş edilir. Lakin MTK çıxarışı təqdim edəndə görürük ki, çıxarışda evin həcmi 100 kvadrat göstərilib. Bu zaman ev sahibi MTK-nı məhkəməyə verib yerdə qalan ödənişi ala bilər".