"Azərbaycanın Qarabağ ermənilərinə qarşı hərbi əməliyyatını nəzərə alaraq, mən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı bölgəyə göndərmək qərarına gəldim".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının ali nümayəndəsi Josep Borrell "X"də paylaşım edib.

"O, son vəziyyət haqqında məlumat verəcək", - Borrell qeyd edib.