Avropa İttifaqı Rusiyanın müharibə səbəbindən dondurulmuş 200 milyard avrodan çox aktivindən istifadə etmək üçün işlərini davam etdirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Dana Spinant Brüsseldə keçirilən gündəlik mətbuat konfransında açıqlama verib.

O, müharibə səbəbiylə dondurulan Rusiya varlıqlarının Aİ üçün əhəmiyyətli mövzu olduğunu vurğulayıb: "Bu mövzuda işlər davam edir".