Ağsu rayonunun heyvandarları cari ilin ötən 8 ayını uğurla başa vurublar. Kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda intensiv artım davam edib, bütün sahələr üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Rayon statistika idarəsindən azərtaca bildirilib ki, 8 ayda ət istehsalı 12 ton artaraq 3340 tona çatıb. Bu müddətdə 18 min 966 ton süd, 7 milyon 801 min ədəd yumurta, 310 ton yun istehsal olunub və artım müvafiq olaraq 75 ton, 214 min ədəd və 2 ton təşkil edib.