Sümük fraqmentləri minatəmizləmə işləri zamanı tapılıb.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.