Zəngilan rayonunun Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və ikinci fazasının yenidənqurulması layihəsi çərçivəsində tikinti işlərinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidmətindən məlumat əldə edib.

Qeyd edək ki, Ağalı kəndinə əhalinin qayıdışı 2022-ci ilin iyul ayında həyata keçirilib.