Ukraynaya yardım üçün ABŞ administrasiyasına ayrılan əlavə büdcə vəsaitləri tükənib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer növbəti brifinqdə bildirib.

Onun sözlərinə görə, cümə günü Ukraynaya hərbi yardım paketi elan edildikdən sonra, Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində ayrılan mövcud yardımlar tükənmək üzrədir. 

Eyni zamanda bildirilib ki, Bayden öz fərmanları ilə Pentaqonun anbarlarından Ukraynaya silah və sursat göndərə bilər. Mətbuat katibinin qeyd edib ki, mövcud vəziyyətə görə, Vaşinqton Kiyevə hərbi yardım paketləri verməyə davam edəcək, lakin onların həcmi daha kiçik olacaq.