Bakıda iki yol qəzası baş verib.

İqtisadiyyat.az xəbər verir ki, birinci qəza aeroport şosesində baş verib. Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Digər yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospekti, “Xutor” tunelinin çıxışında qeydə alınıb.

Hazırda “ Koroğlu” metro stansiyası istiqamətində sıxlıq var.

Hər iki qəza səbəbindən yaranan sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.