"Admedia" Reklam Agentliyinin təşkilatçılığı ilə hazırlanan stend mükəmməl təqdimata görə Rebuild Karabakh Sərgisinin sertifikatına layiq görülüb. 

İqtisadiyyat.az xəbər verir ki, 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh Sərgisində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi öz stendi ilə çıxış edib. 

Stenddə Füzuli və Cəbrayıl rayonlarında inşa edilən yaşayış komplekslərinin maketlərini ziyarətçilərə təqdim olunub. 

Dövlət Agentliyinin sərgidə nümayiş olunan stendi "Admedia" Reklam Agentliyinin təşkilatçılığı ilə hazırlanıb.