"Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində həbs qətimkan tədbiri seçilib.

İqtisadiyyat.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində müstəntiqin verdiyi vəsatət təmin edilib və Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Məhəmməd Kekalov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, "Abzas Media" saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru isə Sevinc Abbasova (Vaqifqızı) barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.//APA//