Abşeron rayonunda zəncirvari qəza baş verib.

İqtisadiyyat.az verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes Sprinter", "Mercedes C-class" və "Hyundai Elantra" avtomobilləri toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Eləcə də qəza səbəbindənm yolda sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.